XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

17 Dekabr 2015 - 08:55

İranda aksiya: polislə qarşıdurmada ölən və yaralananlar var
 
İranın Behbahan şəhərinin Şahruyi kəndində keçirilən etiraz aksiyasında polislə iştirakçılar arasında qarşıdurma baş verib, ölən və yaralananlar var.  
 
APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, aksiya iştirakçıları “Bid Bolənd 2” neft emalı zavodunda işə götürülməmələrinə etiraz ediblər. Polisin müdaxiləsi nəticəsində qarşıdurma yaranıb, 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
 
Behbahan şəhərinin başçısı Hüseyn Məlikxudayi deyib ki, etirazçılar “Bid Bolənd 2” neft emalı zavoduna gedən yolu bağlayıblar, yolu açmaq üçün gedən polis qüvvələrinə hücum ediblər: “Onlar odlu silahla təhlükəsizlik qüvvələrinin üzvlərinə atəş açıblar. Kənd sakinlərindən bir nəfər ölüb və iki nəfər yaralanıb”.
 
H.Məlikxudayi deyib ki, aksiyanın təşkilatçıları həbs olunublar.
 
Xatırladaq ki, “Bid Bolənd 2” neft emalı zavodunun tikintisinə bir neçə ay öncə başlanılıb. Bu zavod yaxın iki ildə istifadəyə verilməlidir. Şahruyi kəndi bu zavodun yaxınlığında yerləşir. İndiyə kimi bu zavodun tikintisində 340 nəfər işə götürülüb ki, onlardan 65 nəfəri Şahruyi kənd sakinidir.