XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

17 Dekabr 2015 - 09:47

Ləğv edilən MTN-nin akademiyasının taleyi necə olacaq? – İlham İsmayıl

Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin fərmanıyla Milli Təhlükəsizlik Nazirliyinin əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb. Sonradan verilmiş rəsmi açıqlamada bildirilib ki, yeni yaradılmış Dövlət Təhlükəsizlik Xidmətinin rayon, şəhər şöbələri olmayacaq.

Elə isə bu fərmana qədər Milli Təhlükəsizlik Nazirliyi üçün kadrlar hazırlayan nazirliyin Heydər Əliyev adına Akademiyasının taleyi necə olacaq?

Strateq.az Femida.az-a istinadən bildirir ki, Milli Təhlükəsizlik Nazirliyinin istefada olan polkovnik-leytenantı İlham İsmayıl bununla bağlı müəmmaya aydınlıq gətirib. 

Onun sözlərinə görə akademiyanın ləğvi mümkün deyil, sadəcə olaraq əlavə fakultələr yaradıla bilər: “Əvvəlcə qeyd edim ki, həmin akademiya fəaliyyətini davam etdirəcək. Ola bilsin ki, yeni yaradılmış qurumlar üçün hansısa əlavə fakultələr açılsın. Bu, mümkündür. Lakin akademiyanın ləğv olunma ehtimalı yoxdur. Həm Xarici Kəşfiyyat Xdiməti, həm də Dövlət Təhlükəsizlik Xidməti üçün həmin akademiyada kadrlar hazırlanacaq. Düşünürəm ki, həmin akademiya ilə bağlı da bir sıra islahatlar keçirilməlidir. Yəni DTX-ya qəbul imtahanları əvvəlki kimi Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilməməlidir. Bu orqana qəbul tamamilə başqa qaydalarla aparılmalıdır”.