ABŞ Venesuelada demokratiya bərpa olmayana qədər bu ölkəyə qarşı iqtisadi və siyasi sanksiyaları ləğv etməyəcək.
Bunu jurnalistlərə açıqlamasında ABŞ vitse-prezidenti Mayk Pens söyləyib.
O, Vaşinqtonun Nikolas Maduro rejiminə qarşı sanksiyaları sərtləşdirəcəyini söyləyib.
Qeyd edək ki, ABŞ bundan öncə Venesuelanın 13 rəsmi şəxsini öz qara siyahısına əlavə edib/Axar.az.