XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 August 2017 - 14:33

MHP liderindən Bərzaniyə sərt mesaj:"Qəndil və Sincar yox edilməlidir"

"Qəndil və Sincar yox edilməlidir".

Bunu jurnalistlərə açıqlamasında Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı söyləyib.

“Qəndil yerlə bir edilməlidir. Kürdlərin referendum hazırlığının qarşısı sonuna qədər alınmalıdır. Bu referendum, lazım gələrsə, Türkiyə üçün savaş səbəbi olmalıdır. Bərzani türk millətinin səbrini tükətməkdən əl çəkməlidir”, – deyə o bildirib.

Qeyd edək ki, İraq Kürd Muxtariyyətinin lideri Bərzani 25 sentyabrda müstəqilliklə bağlı referendum keçiriləcəyini açıqlayıb. İsraildən başqa heç bir dövlət bu referendum dəstəkləməyib/Axar.az.