XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 December 2015 - 13:10

SOCAR itkin düşmüş neftçilərin ailələrinə maddi yardım ayırdı

 

 

 

 

 

SOCAR “Neft Daşları”nda itkin düşmüş 3 neftçinin ailəsinə birdəfəlik maddi yardım verilməsini öz üzərinə götürüb.

SOCAR məlumat verir ki, dekabrın 4-də təbii fəlakət nəticəsində “Neft Daşları” NQçİ-nin 501 nömrəli özülündə baş vermiş qəza zamanı SOCAR-ın Nəqliyyat İdarəsinin itkin düşmüş əməkdaşları – buxar aqreqatının maşinisti Cavad Xudaverdiyev, səyyar aqreqatın motorçuları Bəhmən Cəfərov və Rövşən Məmmədovun ailələrinə Dövlət Neft Şirkəti tərəfindən 15.000 manat məbləğində birdəfəlik maddi yardım ayrılıb.