XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 Avqust 2017 - 16:01

Prezident İlham Əliyev “Qarabağ” futbol klubunun heyətini qəbul etdi – Kluba 2 milyon manat ayırdı -SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 24-də “Qarabağ” futbol klubunun heyətini qəbul edib.

Prezidenti İlham Əliyev həmçinin avqustun 24-də “Qarabağ" futbol klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması ilə əlaqədar Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncamda “Qarabağ" futbol klubunun ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmasının Azərbaycan futbolunun tarixi qələbəsi olduğu vurğulanır.

Klubun Azərbaycanı layiqincə təmsil etdiyi, ölkəmizdə futbolun inkişafında və yüksəlişində xidmətləri nəzərə alınaraq, 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Qarabağ” futbol klubuna 2 milyon manat ayrılıb.