XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

24 Avqust 2017 - 17:33

Poroşenkodan mesaj:"Kiyev hücumlara hər an sərt qarşılıq verməyə hazırdır"

“Donbasda davam edən münaqişədə 10 mindən çox ukraynalı ölüb”.

APA-nın “İnterfax-Ukrayna" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin müstəqillik günü münasibətilə bu gün Kiyevdə keçirilən paradda çıxışında bildirib.

P. Poroşenko Ukraynanın bunu heç vaxt unutmayacağını bəyan edib: “On mindən çox ukraynalının həyatını itirməsinin məsuliyyəti təcavüzkarın boynundadır. Biz bunu heç vaxt unutmayacağıq, heç kimi də bağışlamayacağıq”.

O əlavə edib ki, Kiyev düşmənin hücumlarına hər an sərt qarşılıq verməyə hazırdır: “Ancaq bütün hallarda Donbas və Krımın qaytarılması üçün sülh, diplomatik, siyasi və hüquqi yollarla çalışacağıq”.