XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

24 Avqust 2017 - 20:41

Almaniya XİN başçısı Putinlə nahar etdi, ittihamla üzləşdi –Nazirdən izahat tələb olunur

Almaniya xarici işlər naziri Ziqmar Qabrieldən Rusiya prezidenti Vladimir Putinlə şam yeməyi yediyinə görə yazılı izahat tələb olunur.

“Report” dw-yə istinadən xəbər verir ki, bu haqda Almaniyanın “Yaşıllar” Partiyası hökumətə sorğu göndərib.

İnformasiyaya əsasən, “Yaşıllar” hesab edir ki, nazirdən V.Putinin maraqlarının təmin olunması üçün istifadə edirlər: “O, bu şübhəni dağıtmalıdır”.

Məlumata görə, partiya parlamentə seçkilər keçirilənədək bu məsələyə aydınlıq gətirilməsini istəyib.

Xəbərdə bildirilib ki, Ziqmar Qabriel bu il iyunun 2-də Sankt-Peterburqda Vladimir Putin və Almaniyanın keçmiş kansleri, Rusiyanın “Rosneft” şirkətinin müşahidə şurasının üzvü Gerhard Şröderlə birlikdə şam yeyib.

“Yaşıllar” hökumətdən həmin görüşdə “Rosneft”in maraqları, “Şimal axını-2” təbii qaz kəmərinin tikintisi, Avropa İttifaqının Rusiyaya tətbiq etdiyi sanksiyaların yumşaldılması kimi məsələlərin müzakirə olunub-olunmamasına izahat verilməsini tələb ediblər.

Qeyd edək ki, bu il sentyabrın 24- də Almaniyada parlament seçkiləri keçiriləcək.