BMT Təhlükəsizlik Şurası dünən İŞİD terror qruplaşmasının maliyyələşdirilməsi ilə mübarizə haqqında qətnamə qəbul edib. Qətnamə yekdilliklə qəbul edilib. Sənəddə İŞİD-in əsas maliyyə qaynaqları – neft qaçaqmalçılığı, mədəniyyət obyektləri ilə və qanunsuz ticarətlə mübarizə aparılması nəzərdə tutulur. ABŞ-ın Maliyyə naziri Ceykob Lyu bildirib ki, İŞİD qanunsuz neft satışından artıq 500 milyon dollar qazanc əldə edib.
Qətnamədə İŞİD-ə yardım edənlərin sərt cəzalandırılması tələb olunur. BMT üzvlərindən tələb edilir ki, hər hansı konkret terror aktından söhbət getməsə belə, terrorçuların maliyyələşdirilməsi ağır cinayətlər sırasına aid edilsin. Bununla yanaşı, BMT üzvü ölkələrin terrorizmlə mübarizədə informasiya mübadiləsini gücləndirməsi də nəzərdə tutulur.
Strateq.az