XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 Avqust 2017 - 10:44

Ağcabədidə yas-yasa qarışdı –Ananın ardınca 18 yaşlı oğlu da dünyasını dəyişdi

Avqustun 22-də Ağcabədidə 2 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi zamanı rayon xəstəxanasına yerləşdirilən yaralılardan daha biri bu gün dünyasını dəyişib.

Strateq.az xəbər verir ki, dünyasını dəyişən şəxs 18 yaşlı gənc Sərxan Fətəliyevdir.

Xatırladaq ki, ayın 22-də “VAZ 2107” və “VAZ 21011” markalı maşınların toqquşması zamanı 46 yaşlı Əsgərova Mətanət Sabir qızı və 28 yaşlı Xaqani Əliyev hadisə yerində dünyalarını dəyişmişdi.

Bu gün xəstəxanada vəfat edən Sərxan Fətəliyev də avqustun 22-də ölən Mətanət Əsgərovanın qardaşı oğludur.

Rayon sakinlərindən Strateq.az-a verilən məlumata görə, Sərxanın atası Azər Fətəliyevin də vəziyyəti olduqca ağırdır.

Ailə qəza baş verən gün Mətanət Əsgərovanın atasının hüzr mərasiminə gedirmişlər.

Qəzanı törədən şəxsin – Ülfət Həsənovun isə polis işçisi olduğu, Ağcabədi RPŞ-də çalışdığı bildirilir.

Strateq.az