XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

27 Avqust 2017 - 10:42

Azərbaycanda silah anbarında partlayış- Müdafiə Nazirliyindən açıqlama (FOTO, VİDEO)

Avqustun 27-də Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin silah anbarında yanğın baş verib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, yanğın nəticəsində ərazidə partlama müşahidə olunub.

Hadisənin səbəblərinin öyrənilməsi və müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə aidiyyəti strukturların nümayəndələrindən ibarət qrup hadisə yerindədir.

İndiyə olan məlumata görə, həlak olan və xəsarət alan yoxdur.