XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

27 Avqust 2017 - 13:36

Nazirlik:"Silah anbarında partlayış nəticəsində altı nəfər yaralanıb"

Hərbi hissənin silah anbarında baş vermiş partlayış nəticəsində altı nəfər yaralanıb.
 
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya bildirib ki, onların hamısında qəlpə yaraları olub.
 
Hadisə yerindən götürülən yaralılar Siyəzən Diaqnostika Mərkəzinə aparılıb. Onların yaraları yüngüldür.
 
Siyəzən Diaqnostika Mərkəzindən APA-nın şimal bürosuna bildirilib ki, artıq yaralılara tibbi yardım göstərilməsinə başlanılıb.