XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

18 Dekabr 2015 - 10:58

Rusiya Əsədin getməsinə razılıq verdi – Potensial namizədlərin siyahısı hazırdı

Kreml Suriya lideri Bəşər Əsədin hakimiyyətdən getməsinə hazır olduğunu açıqlayıb.

Strateq.az xəbər verir ki, bu barədə Reuters agentliyi qərbli diplomatlardan birinə istinadən məlumat yayıb.

Məlumata görə, Rusiya yetkililəri keçid hökuməti çərçivəsində Əsədin prezident postundan getməsini qəbul etdiklərini deyiblər:

«Rusiya tərəfindən bildirirlər ki, Əsədin keçid dövrünün sonunda getməsinə tərəfdardırlar. Sadəcə, hələlik bunu ictimai şəkildə bəyan etmək istəmirlər».

Reuters bu fikirləri bir neçə başqa qərbli diplomatın da təsdiqlədiyini bildirib. Onların sözlərinə görə, Rusiya və Qərb arasında Suriya probleminin həllinə dair fikir ayrılıqları qalmaqdadır. Amma bunlar getdikcə aradan qalxır.

Reuters onu da qeyd edir ki, Moskva Əsədin gedişi idyeasına İrandan daha çox dəstək verir. İran hələ də Suriya liderinin prezident taxtında qalmasında israrlıdır.

Diplomatlardan digəri bildirib ki, Rusiya Əsədi əvəz edəcək potensial namizədlərin adlarını da məyyənləşdirib.

Əsəd özü isə hakimiyyətdən getmək fikrinin olmadığını və buna yalnız Suriya xalqının qərar verə biləcəyini deyib.