XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

08 Aprel 2015 - 12:27

Dövlət qurumlarında yeni yoxlama başlayır – Rəsmi
Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib. İclasda qarşıda yoxlanılacaq dövlət qurumlarının adları açıqlanıb.
Strateq.az xəbər verir ki, bu barədə Hesablama Palatasından məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinin icrası vəziyyətinə dair, dövlət büdcəsindən və büdcədənkənar daxilolmalardan Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə ayrılan vəsaitlərin istifadəsinə dair, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Ağcabədi Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Xaçmaz Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyinə su təchizatı və kanalizasiya sistemlərinin yaradılmasına ayrılan vəsaitlərin istifadəsinə dair nəzarət tədbirləri üzrə Audit proqramları təsdiq edilib.