XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 December 2015 - 14:24

5 hakimlə bağlı qərar verildi – Təyinatlar

Milli Məclisin iclasında Azərbaycanın bir neçə Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin edilib. 

Belə ki, Ali Məhkəmənin hakimi Tapdıq Mahmudovun vəzifəsi dəyişdirilərək, Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilib.

Eyni zamanda, Bakı, Sumqayıt və Şirvan Apellyasiya məhkəmələrinə də yeni təyinatlar olub. Kəmalə Abiyeva Bakı Apellyasiya Məhkəməsinə, Xəyalə Cəmilova və Fərmayıl Zeynallı Sumqayıt Apellyasiya Məhkəməsinə, Rafael Eyvazov isə Şirvan Apellyasiya Məhkəməsinə hakim vəzifəsinə təyinat alıblar.