XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

18 Dekabr 2015 - 16:11

Əsəd Suriyadakı münaqişənin bitmə tarixini açıqladı

Suriya lideri Bəşər Əsəd ölkəsində illərdir davam edən münaqişənin nə vaxt bitəcəyini açıqlayıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Əsəd münaqişənin bir ildən gec olmayaraq həllini tapacağını bildirib. Bir şərtlə ki, beynəlxalq aləm Suriyada terrora qarşı real tədbirlər görsün:

«Əgər dünya gücləri terror axınına qarşı tədbir görsələr, terrorçulara olan dəstəyin qarşısını alsalar, mən təminat verirəm ki, münaqişənin həlli heç bir il də çəkməyəcək».

Əsəd onu da bildirib ki, bəzi dövlətlər məqsədli şəkildə vəziyyəti gərginləşdirirlər:

«Bunu ona görə edirlər ki, Suriyada hakimiyyət dəyişikliyi olsun və mən prezidentlikdən gedim. Bu səbəbdən də problemin həlli bu qədər uzanır. Mənim hakimiyyətdə qalıb-qalmamağıma ancaq Suriya xalqı qərar verə bilər».