XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

18 Dekabr 2015 - 16:58

Türkiyədən sürpriz qərar – Viza tətbiq edəcək

Türkiyə hökuməti Suriya vətəndaşlarına viza rejiminin tətbiq edilməsinə qərar verib. 

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, yeni qərar yanvarın 8-dən qüvvəyə minəcək.
Bu barədə Brüsseldəki sammitdə Türkiyə baş naziri Əhməd Davudoğlu məlumat verib. 

Davudoğlu bildirib ki, viza rejiminin tətbiqi Misir və Livandan qaçqın axını, bunun yaratdığı təhlükə ilə bağlıdır. Baş nazirin sözlərinə görə, bir çoxu sərhədi saxta Suriya pasportu ilə keçir. 

Bununla belə, Davudoğlu bildirib ki, Türkiyə qaçqın olduğu şübhə doğurmayan suriyalılara qapını açıq saxlayacaq.

«Reuters» məsələyə aydınlıq gətirərək bildirib ki, söhbət, Türkiyəyə birbaşa Suriyadan yox, üçüncü ölkələrdən gələn suriyalılardan gedir.