XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

19 Dekabr 2015 - 07:09

Kerri Suriyadakı atəşkəslə bağlı sensasion tarix verdi

Suriyadakı gərginliyin davam etdiyi və Rusiya prezidenti Vladimir Putinin «biz hələ Suriyada uzun müddət qalmağı düşünürük» bəyanatından sonra ABŞ dövlət katibi Con Kerridən sensasion açıqlama gəlib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Kerri 2016-cı ilin yanvarında Suriyada atəşkəsin tam bərqərar olacağını, silahların susacağını bildirib: «Yanvarda masa arxasına toplaşıb atəşkəs barədə qərar verəcəyik». 

Kerri hökumətin ötürülməsi ilə bağlı qərarın da 1-2 ay ərzində qəbul olunacağını deyib.

Dövlət katibi münaqişənin həllində BMT Təhlükəsizlik Şurasının Suriya ilə bağlı qəbul etdiyi qətnamənin də böyük rol oynadığını qeyd edib. 

Xatırladaq ki, həmin qətnamə 6 ay ərzində keçid hökumətinin yaradılmasını və 18 aydan gec olmayaraq yeni Konstitusiya əsasında azad və ədalətli seçkilərin keçirilməsini nəzərdə tutur.