NATO üzvləri Türkiyəyə hərbi təyyarə və gəmilərin göndərilməsinə qərar veriblər.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu qəfil qərarın səbəbi Türkiyənin Suriya ilə sərhəddə havadan müdafiəsini təmin etməkdir.
«Reuters»in məlumatına görə, bu barədə NATO baş katibi Yens Stoltenberq açıqlama verib.
Baş katib alyansın bu tədbirinin Türkiyə ilə Rusiya arasında yaranmış təyyarə insidentinin bir daha təkrarlanmamasına hesablandığını bildirib: «Regiondakı qeyri-stabil vəziyyəti nəzərə alaraq təhlükəsizliyi təmin edən tədbirlər görməyə qərar verdik».