Hazırda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında Berndə təkbətək görüş keçirilir.
Bu barədə amerikalı həmsədr Ceyms Uorlik “twitter” səhifəsində məlumat paylaşıb.
Prezidentlərin təkbətək görüşündən sonra ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, Minsk qrupunun həmsədrləri və Xarici İşlər nazirlərinin iştirakı ilə geniş tərkibdə görüşdə olacaq.