İsveçrə Konfederasiyasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistan Prezidenti Serj Sarkisyanın görüşü başa çatıb.
Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi də iştirak ediblər.
ATƏT-in ABŞ-dan olan həmsədri Ceyms Uorlik özünün tvitter səhifəsində təkbətək görüşün bir saat davam etdiyini yazıb. Bundan sonra zala ATƏT-in həmsədrləri və Xarici İşlər nazirləri dəvət olunub.