XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

19 Dekabr 2015 - 11:39

“Rusiyanın Su-24 təyyarəsinin necə vurulduğu bizə bəllidir” – Kerridən Türkiyəyə dəstək

ABŞ-ın dövlət katibi Con Kerri Rusiyanın vurulan “Su-24” təyyarəsi ilə bağlı radarların vasitəsilə əllərində müəyyən məlumatların olduğunu bildirib. 

Bu barədə o, “Vesti v subbotu” proqramının aparıcısına müsahibəsində deyib. Lakin bu zaman o, hadisənin detallarının bəlli olmadığını söyləyib:

“Türkiyə təyyarələri və Rusiya təyyarəsi ilə nə baş verib? Biz detalları bilmirik. Bizdə radarlarımızın əldə elədiyi bəzi məlumatlar var. Bizdə baş verən olayla bağlı müəyyən anlaşma var. Ancaq indi formal proses, formal informasiyalar mübadiləsi gedir və mən yetərli məlumatlar olmadan nəticələri şərh eləmək istəməzdim”.

Bundan əlavə, ABŞ xarici siyasət idarəsinin başçısı bir daha prezident Barak Obamanın mövqeyini dəstəkləyərək bildirib ki, Türkiyə öz hava məkanını qorumaq hüququna malikdir. Dövlət katibi hamı kimi ekspertlərin yekun nəticələrini gözlədiyini də söyləyib(Musavat.com).

Qeyd edək ki, “Su-24”-ün qara qutusundakı yazının sabah ictimailəşdiriləcəyi gözlənilir.