XƏBƏR LENTİ

25 Yanvar 2021

Digər Xəbərlər

19 Dekabr 2015 - 13:16

İran Türkiyəyə “barışıq əli”ni uzatdı: “Hətta Suriya problemini də həll edə bilərik”

“İranla Türkiyə arasındakı əlaqələr strateji xarakterlidir”. 

Report.az İran KİV-inə istinadən xəbər verir ki, bunu İslam Respublikası Xarici Işlər nazirinin müavini Hüseyn Əmir Abdullahian bildirib.

O, son zamanlar iki ölkə arasında baş verən bəzi hadisələrə münasibət bildirərkən deyib:

“İran və Türkiyə arasındakı əlaqələr strateji xarakterlidir. Suriyanın gələcəyi məsələsində fikir ayrılığımız da var. Biz düşünürük ki, türk dostlarımızla bütün məsələləri, hətta Suriya problemini də danışıq yolu ilə həll edə bilərik”.