İlin yekunlarına həsr olunmuş mətbuat konfransında Türkiyə hökumətini təhqir edən Rusiya prezidenti Vladimir Putinə qarşı tərəfdən gec də olsa cavab gəlib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Türkiyə Baş naziri Əhməd Davudoğlu Putinin məlum fikrini ciddi qəbul etmədiyini bildirib: «Mən buna ancaq gülümsəməklə cavab verə bilərəm. Əslində bu sözlərə ciddi yanaşmaq özü təhqir olar. Putinin dedikləri sovet təbliğatı ruhundadır. Təbliğatın bu forması çoxdan geridə qalıb».
Davudoğlu onu da bildirib ki, Rusiya prezidentinin məlum açıqlaması diplomatiyaya zidd və təhqiredici olub.