Rusiya prezidenti Vladimir Putin növbəti dəfə Ankara ilə Moskva arasındakı gərginlikdən danışıb. Putin bildirib ki, Rusiya türk xalqını dost sayır və onlarla münasibəti korlamaq istəmir.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Putin bu fikirləri Vladimir Solovyevin «Rosiya 1» telekanalında yayımlanan sənədli filmində səsləndirib: «Mən bunu əvvəl də demişəm. Bir daha təkrar edirəm ki, türkləri dost xalq hesab edirik və onlarla münasibətlərimizin korlanmasını istəmirik. Türkiyədəki mövcud hakimiyyətə gəlincə, onu demək istəyirəm ki, heç nə əbədi deyil».
Putinin bununla nəyə işarə vurduğu qeyri-müəyyən qalıb. Kreml rəhbəri ya tərəflər arasındakı gərginliyin, ya da Ərdoğan hökumətinin əbədi olmayacağını deməyə çalışıb.