Ukrayna prezidenti Pyotr Poroşenko 3 vilayətin qubernatorunu, 15 rayonun administrasiya rəhbərini istefaya göndərib.
Strateq.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, prezident bu barədə bu gün sərəncam imzalayıb.
İstefaya göndərilən qubernatorlar bunlardır – Mixail Zaqorodniy (Xmelnitskiy), Andrey Putilov (Xerson), Qriqoriy Samardak (Zaporojye).