İlin yekunlarına həsr olunmuş mətbuat konfransını da başa vurandan sonra ABŞ prezidenti builki rəsmi fəaliyyətinə son verərək tətilə çıxıb.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Obama 2 həftəlik yeni il tətilini xanımı Mişel, qızları Saşa və Mali ilə birgə Havay adalarında keçirəcək.
«The Associated Press» ABŞ prezidentinin artıq Havay adalarında olduğunu və Vaşinqtona yanvarda qayıdacağını bildirib.
Bu müddət ərzində Ağ Evin rəhbəri heç bir rəsmi tədbirə qatılmayacaq.