XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

19 Dekabr 2015 - 19:53

“Tərəflərin yanaşması üst-üstə düşmür” – Nalbandyan Bern görüşü haqda

“Ermənistan və Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi üzrə yanaşmaları yaxın deyil və ya üst-üstə düşmür”.

Bunu Ermənistanın Xarici İşlər naziri Edvard Nalbandyan yerli telekanallara Azərbaycan və Ermənistan prezidentlərinin Bern (İsveçrə) şəhərində baş tutan görüşünün yekunlarını şərh edərkən bildirib.

“Ermənistan danışıqlar prosesinin davam etdirilməsi, problemin danışıqlar vasitəsi ilə nizamlanmasının tərəfdarı olub və qalmaqdadır. Danışıqlara alternativ yoxdur. Erməni tərəfi ATƏT-in Dağlıq Qarabağ üzrə Minsk qrupunun həmsədrlərinin təklifləri əsasında danışıqları davam etdirmək və nizamlanmaya doğru irəliləməyə hazırdır”, – deyə Nalbandyan bildirib.

XİN rəhbəri bildirib ki, Berndə keçirilən görüşdə tərəflər Dağlıq Qarabağ “probleminin nizamlanmasının müxtəlif elementləri, həll prinsiplərinə öz yanaşmalarını ifadə ediblər”.

Onun sözlərinə görə, “təəssüflə yenidən qeyd edə bilərik ki, tərəflərin yanaşmaları bir-birinə yaxın deyil və ya üst-üstə düşmür”. (oxu.az)