XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

20 Dekabr 2015 - 07:08

Türkiyə də hərəkətə keçdi – Rusiyaya ilk sanksiya

Türkiyə və Avropa ölkələri öz hava məkanlarını Rusiyanın Suriyaya hava zərbələri endirən təyyarələrinə bağlayıblar.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Rusiyanın uzaq mənzili aviasiyasına rəhbərlik edən general-mayor Anatoli Konovalov bildirib.

Bu səbəbdən Rusiya təyyarələri Murmansk vilayətindəki hərbi-dəniz donanmasına qayıtmalı olublar. “Avropa da, Türkiyə də təyyarələrimizi buraxmadı” – deyə, Konovalov deyib.

Qeyd edək ki, Türkiyə Bosfor bogazından keçən Rusiya gəmilərinə də məhdudiyyət yaradir. Ankara bu istiqamətdə də qadağa tətbiq etsə, Rusiya Suriyada yerləşdirdiyi Hmeymim hərbi bazasına yük daşımaqda ciddi problemlər yaşayacaq.