XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

20 Dekabr 2015 - 08:05

«Hizbullah» lideri öldürüldü

«Hizbullah»ın əsas liderlərindən Samir Kantar Suriyada öldürülüb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Kantar İsrail qırıcılarının Dəməşqə endirdiyi hava zərbələri zamanı həyatını itirib. Məlumatı «Hizbullah» da təsdiqləyib.

«Əl-Ərəbiyə» telekanalının məlumatına görə, aviazərbələr bazar günü səhər paytaxtın Caramana rayonuna endirilib.

1979-cü ildə İsrail Kantarı dörd nəfərin qətlində günahkar bilmişdi. 2008-ci ildə o, BMT-nin vasitəçiliyi ilə İsraillə «Hizbullah» arasında baş tutan əsir dəyişmə əməliyyatı zamanı azad edilmişdi.

Daha sonra «Hizbullah»a qoşulan Kantar qruplaşmanın əsas fiqurlarından birinə çevrilmişdi. 
Kantarın Suriyada hansı cəbhədə və kimə qarşı savaşdığı hələ ki bəlli deyil.