XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

20 Dekabr 2015 - 11:31

“Hizbullah” liderinin öldürülməsində İsrail günahkar bilinir – Təfərrüat və açıqlamalar

Samir-Kantar.jpg

Xəbər verdiyimiz kimi, “Hizbullah”ın nüfuzlu liderlərindən biri Samir Kantar hava zərbəsi ilə Dəməşq ətrafında öldürülüb. “Hizbullah” S.Kantarın öldürülməsində İsraili günahlandırıb. 

İsrail Silhalı Qüvvələri isə bu xəbəri nə təsdqləyib, nə də təkzib ediblər.

İsrail aviasiyasının Dəməşqin ətrafını bombalaması ilə bağlı suala cavab verən İsrail Nazirlər Kabinetinin sözçüsü, ehtiyatda olan ordu generalı Yoav Qalant bildirib: “Mən bu işlə bağlı  bütün deyilənləri nə təsiqləyirəm, nə təkzib edirəm. Bu, çox yaxşıdır ki, Samir Kantar kimi insanlar bizim dünyanının bir hissəsi olmayacaqlar”. 

“Əl-Ərəbiyyə” telekanalının məlumatına görə, hava zərbəsi Carmana rayonu ətrafına endirilib. Bu rayonda daha çox druzlar, xristianlar və Bəşər Əsəd tərəfdarları yaşayır.

Suriya dövlət televiziyası isə “Hizbullah” liderinin terror hücumu nəticəsində öldürüldüyü barədə xəbər yayıb.

Onu da qeyd edək ki, Kantar 4 nəfərin ölümü ilə nəticələn hucumda ittiham olunaraq 29 il İsrail həbsxanasında yatıb.

Kantar 1979-cu ildə həbs olunub, o, 2008-ci ildə İsrail və “Hizbulah” arasında əsirlərin dəyişdirilməsi razılaşması əsasında azad edilib.

Strateq.az