XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 December 2015 - 18:42

“Biz onları məhv edəcəyik” – Nazirdən ermənilərə kəskin xəbərdarlıq

“Azərbaycan gələn ildən yeni nəsil pilotsuz təyyarələr istehsal etməyə başlayacaq”.

Strateq.az xəbər verir ki, bunu Müdafiə Sənayesi naziri Yavər Camalov ANS-ə müsahibəsində deyib:

“2016-cı ildən yeni nəsil pilotsuz uçuş aparatlarının istehsalına başlayacağıq. Həmin o uçuş aparatlarının vasitəsilə kəşfiyyat aparmaqla yanaşı, eyni zamanda, düşmənin canlı qüvvəsini və hərbi texnikasını məhv edə biləcəyik. Onun üçün də ermənilər bunu eşitməlidir və tezliklə torpaqlarımızı azad etməlidir. Yoxsa bizim o silahların sayı günü-gündən artacaq və biz onları məhv edəcəyik”.