XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

21 Dekabr 2015 - 05:14

Bakı-Tibilisi-Qars dəmir yolu xəttində sınaq keçirilib

demiryolu-1.jpg

Bakı-Tibilisi-Qars-Axalkalaki-Qars-İstanbul dəmir yolu layihəsi çərçivəsində Marbada-Kartsaxi xəttinin sınaqdan çıxarılması uğurla nəticələnib.

Bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, “Marbda-Kartsaxi” ASC və “Azərbaycan Dəmir Yolları” QSC-nin Gürcüstan filalının səyləri ilə sınaq qatarı yeni dəmir yollu xəttində hərəkəti uğurla başa vurub. “Marbda-Kartsaxi” ASC–dən bu hadisəni “layihənin bütövlükdə uğurla başa vurulması üçün daha bir addım kimi qiymətləndiriblər”.  

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi bildirib ki, Bakı-Tibilisi-Qars layihəsi Gürcüstan və bütün region üçün çox vacibdir. Bu magistral böyül iqtisadi və geosiyası funksiyaya malikdir. Bu magistralın açılması ilə Asiyadan Avropaya yol açılacaq.

Gürcüstan hökumətinin rəsmiləri bildiriblər ki, ölkədə bu layihə üzrə bütün işlər zamanında başa çatdırılıb. Gələn il isə Türkiyə ərazisindəki işlər başa çatmalıdır.

Strateq.az