XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

21 Dekabr 2015 - 07:43

Əfqanıstan prezidenti Azərbaycana gəlir

Efqanistan-prezidenti.jpg

Əfqanıstan İslam Respublikasının prezidenti Məhəmməd Əşrəf Qani sabah Azərbaycana bir günlük rəsmi səfərə gəlir.

Bunu Strateq.az saytına Əfqanıstanın ölkəmizdəki səfiri Mohammad Taqi Xalili bildirib.

Səfir deyib ki, prezident Qanini ölkəsinin yüksək rütbəli məmurları müşayiət edəcək.

Nümayəndə heyətinə Xarici İşlər, Maliyyə, Ticarət və Sənaye, Əmək və Sosial Təhlükəsizlik nazirləri, milli təhlükəsizlik müşaviri və digər rəsmi şəxslər daxildir. Səfər zamanı ölkələrimiz arasında bir neçə sazişin imzalanması gözlənilir.

Strateq.az