XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

21 Dekabr 2015 - 07:45

Netanyahunun müavini istefa verdi – Rüsvayçı əməlinə görə

İsrail Baş nazirinin müavini, ölkənin Daxili İşlər naziri Silvan Şalom istefa verib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, nazirin istefasına adının hallandırıldığı rüsvayçı qalmaqal səbəb olub. Belə ki, 11 qadın Şalomun vəzifəsindən sui-istifadə edərək onları cinsi əlaqəyə məcbur etdiyi ilə bağlı mətbuata açıqlama verib.

Qadınların şikayəti mətbuatda dərc olunandan sonra ölkə prokurorluğu iddiaların araşdırılması ilə bağlı təlimat verib. 

Şalom ittihamı rədd edərək yalnız ailəsinə görə isteafa verdiyini deyir. Nazir bildirir ki, qalmaqalın ailəsinə təsir etməsini istəmir.