XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

21 Dekabr 2015 - 08:17

Banklar pul köçürmələrini dayandırıb

manat.jpg

Azərbaycan bankları dekabrın 21-də milli valyutanın devalvasiyası ilə əlaqədar pul köçürmələrini dayandırıb.

Bu barədə məlumatı “Trend” yayıb. Bildirilir ki, banklarda aparılmış monitorinqlər pul köçürmələrinin dayandırıldığını göstərib.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 21-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, dolların rəsmi məzənnəsi dəyişərək 1,5500 manat (17 dekabr – 1,0499) manat təşkil edib. Manata nəzərən avronun kursu isə 1,16850 (17 dekabr – 1,1394) manat olub.

Pul köçürmələrini bu günün ikinci yarısında bərpa etmək planlaşdırlır. Bu, xarici valyuta ilə bağlı digər bank əməliyyatlarına, eləcə də valyuta mübadiləsinə təsir edib.

Strateq.az