XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

21 Dekabr 2015 - 08:17

“Elman Rüstəmov təsadüfi və savadsız kadrdır” – Ekspret bankların daha da azğınlaçacağını deyir

“Bu il ərzində əksər ölkələrin milli valyutası devalvasiyaya məruz qalıb. Lakin heç yerdə əhali və sahibkarlar bizdəki kimi devalvasiyadan belə ağır zərər çəkməyib. Bunun günahkarı Mərkəzi Bankın mövcud rəhbərliyidir”.

Bu fikirləri vəkil Əkrəm Həsənov manatın ikinci devalvasiyasını şərh edərkən deyib. Bildirib ki, AMB fevral devalvasiyasından sonra ötən 10 ay ərzində ölkədən valyuta axınının qarşısını almaq üçün heç nə etməyib: “Hələ apreldə Elman Rüstəmov növbəti – 5-ci dəfə Mərkəzi Bankın sədri seçiləndə demişdim: bu təyinat o deməkdir ki, o, növbəti devalvasiyanı da həyata keçirəcək. Elman Rüstəmov fevral devalvasiyasından sonra ötən 10 ay ərzində ölkədən valyuta axınının qarşısını almaq üçün heç nə etmədi, əksinə bankların açıq valyuta mövqeyi limitini ləğv etdi və növbəti devalvasiya üçün tam şərait yaratdı, digər səhv qərarlar verdi. Mərkəzi Bank nəzdindəki Maliyyə Monitorinqi Xidməti ölkədən valyutanın qaçırılmasına mane olmadı. Həm fevral devalvasiyasından sonra demişdim, həm də bugünkü devalvasiyadan sonra da deyirəm: devalvasiya qaçılmaz idi və ilk növbədə Azərbaycandan asılı olmayan faktorların nəticəsidir. Bu il ərzində əksər ölkələrin milli valyutası devalvasiyaya məruz qalıb. Lakin heç yerdə əhali və sahibkarlar bizdəki kimi devalvasiyadan belə ağır zərər çəkməyib. Bunun günahkarı Mərkəzi Bankın mövcud rəhbərliyidir”.

Ə.Həsənov Elman Rüstəmovu təsadüfi və savadsız kadr adlandırıb:

“O, illər boyu ölkəmiz üçün səhv və zərərli pul siyasəti həyata keçirib, banklara çox pis nəzarət edib. Bunun nəticəsində Azərbaycanın valyuta ehtiyatları əriyib, əhali və sahibkarlar dollar krediti bataqlığına düşüb. ölkədə normal bank sistemi yoxdur. Yalnız Mərkəzi Bankın rəhbərliyinin kommersiya banklarının sahibləri və rəhbərliyi ilə sıx qohumluq və dostluq əlaqələri var. Belə bank sisteminin nə demək olduğunu yaxında hamımız görəcəyik: o, çökəcək! Bankların əksəriyyəti müflis olacaq. Amma zərər çəkən bank sahibləri və rəhbərləri olmayacaq, çünki onlar pullarını vaxtında götürüb qaçacaqlar. Zərər çəkənlər sıravi əmanətçilər olacaq”.

Vəkilin sözlərinə görə, kredit təşkilatlarına dollar borcu olanlar ən ağır vəziyyətdə olanlardır: “Onların borcu daha da artdı. Mərkəzi Bank onların problemini həll etmədi, kreditlər manata çevrilmədi. Konstitusiya Məhkəməsinin may qərarı icra olunmadı: banklar əhaliyə güzəştə getmədi. ümumiyyətlə, heç nə edilmədi. çünki Azərbaycanda faktiki olaraq Mərkəzi Bank və bank nəzarəti yoxdur! Banklar bundan sonra borclulara qarşı daha da azğınlaşacaq. Borclular nə etməlidir? Birləşməlidirlər və haqlarını tələb etməlidirlər.”