XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

06 Sentyabr 2017 - 02:47

Lavrovla Tillerson danışdı –Rusiya ABŞ-ı məhkəməylə hədələyir

Rusiya XİN rəhbəri və ABŞ dövlət katibi Reks Tillerson arasında telefon danışığı olub. 

APA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-nin mətbuat xidmətinin məlumatında bildirilir.  

Tərəflər rəsmi Pxenyanın nüvə-raket sınaqları kontekstində Koreya yarımadasındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Lavrov Şimal-Şərq Asiyada hərbi gərginliyinin artırılmasına qarşı çıxış edib və təmkinliyi qoruyaraq, emosiyalara dalmamağa çağırıb.

İkitərəfli münasibətlərdəki vəziyyəti müzakirə edərkən Lavrov deyib ki, Vaşinqtonun Rusiyaya məxsus diplomatik mülkiyyəti müsadirə etməsi beynəlxalq hüquq normalarının kobud pozulmasıdır.

Nazir Rusiyanın Vaşinqtonun addımlarına qarşı məhkəmə prosedurlarına başlamaq niyyətində olduğunu bildirib.