XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

21 Dekabr 2015 - 13:11

“Azərbaycan Mərkəzi Bankı bu qədər gözləməli deyildi”

nomura.jpg

Azərbaycan Mərkəzi Bankının bu günə qədər gözləməsi başa düşülən deyildi.

“Marja” xəbər verir ki, bunu beynəlxalq maliyyə xidmətləri qrupu və investisiya bankı Nomura International Plc-dən bildiriblər.

“Nomura International Plc.-nin İnkişaf edən bazarlar üzrə strategiya direktoru Timothy Ash, “Yeganə sürpriz bu qədər çox gözləmələri idi. Onsuz da az olan valyuta ehtiyatlarını bu müddətdə xərcləmələri və buna bağlı olaraq ölkə balansını və etimadını zəiflətmək başa düşülən deyildi” – deyib.

Qeyd edək ki, bu gün Azərbaycan Mərkəzi Bankı üzən məzənnə rejiminə keçib və bununla əlaqədar olaraq manat dollar qarşısında 47,6% ucuzlaşıb.