Türkiyə Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını “İrma” qasırğası ilə əlaqədar ABŞ-a səfər etməməyə çağırıb. Trend bu barədə Türkiyə XİN-ə istinadən məlumat verir.
Bundan başqa, Türkiyə XİN qasırğa zonasında olan vətəndaşları da ehtiyatlı olmağa çağırıb.
Qeyd edək ki, Karib dənizi üzərində tüğyan edən “İrma” qasırğası nəticəsində 10 nəfər ölüb, 20-dən çox adam yaralanıb.