XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 December 2015 - 13:44

Türkiyə-Rusiya gərginliyinin bitəcəyi tarix açıqlandı

Türkiyə  ilə Rusiya arasında gərginliyin bitəcəyi tarix açıqlanıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Türkiyənin Ticarət və Gömrük naziri Bülənt Tüfəngçi münasibətlərdəki böhranın 2016-cı ilin fevral-mart aylarında aradan qalxacağını deyib. 

Böhranın Türkiyə iqtisadiyyatına təsirsiz ötüşmədiyini etiraf edən nazir artıq türk sahibkarların Rumıniya və başqa ölkələrdə yeni bazarlar tapdığını da bildirib: «Rusiya da, biz də gərginliyi azaltmağa çalışırıq. Gərginliyin 2016-cı ilin fevral-mart aylarında bitəcəyini düşünürük».

Nazir Rusiyanın sanksiyalarının bank sektoruna təsirinin minimal olduğunu da qeyd edib.