Rusiya Ermənistandakı hərbi bazasını gücləndirir.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiya Erebuni hərbi bazasına 6 ədəd «Mi-24P» və «Mi-8MT» vertolyotu göndərib. Vertolyotlar Krasnodardakı hərbi aerodromdan yola salınıb.
Yeni vertolyotlar 2016-cı ilin birinci rübündə uçuşa başlayacaq.
Xatırladaq ki, dekabrın əvvəlində də Rusiya Erebuni bazasına 7 hərbi vertolyot göndərmişdi.