XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 December 2015 - 15:51

ABŞ hərbi bazasında terror – «Canlı bomba» özünü partlatdı, ölənlər var

ABŞ-ın Əfqanıstandakı «Baqram» hərbi bazasında terror aktı olub.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, «canlı bomba» bazada özünü partladıb. 
Partlayış zamanı bazadakı əsgərlərdən 5-i ölüb, 6-sı yaralanıb. 

«Reuters»in məlumatına görə, NATO-nun Kabildəki nümayəndəliyi hücum faktını təsdiqləyib. İş üzrə təhqiqat başladılıb. 

Qeyd edək ki, «Baqram» ABŞ-la Əfqanıstanın önəmli hərbi bazalarından biri hesab olunur. Bazada 9,8 amerikalı əsgər xidmət aparır. 

Terror aktına görə məsuliyyəti hələ ki heç bir qruplaşma üzərinə götürməyib.