XƏBƏR LENTİ

15 Yanvar 2021

Digər Xəbərlər

21 Dekabr 2015 - 17:10

«Nə dövlət, nə xilafət?! Siz axmaqsınız…» – «Financial Times»

«Financial Times» Yaxın Şərqin kabusuna çevrilən İŞİD-in zəif tərəflərindən yazıb.

Qəzet araşdırmaları ilə üzə çıxarıb ki, İŞİD öz daxilində korrupsiyadan və sənədləşmə işlərindəki ciddi nöqsanlardan əziyyət çəkir.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, «Financial Times» qruplaşmanın tərkibinin sürətlə böyüdüyünü, bu səbəbdən rəhbərliyin sənədləşmə işlərinə lazımi diqqəti ayıra və məmurların bəyanatlarının işin icrası ilə nə dərəcədə uzlaşdığını yoxlaya bilmədiyini qeyd edib.   

Qəzet xatırladır ki, İŞİD-in Əbu Fatima əl-Tunisi adlı əmiri 25 min dollarla qruplaşmadan qaçıb və «Twitter»dən keçmiş rəhbərlərinə belə bir mesaj göndərib: “Nə dövlət? Nə xilafət? Siz axmaqsınız».

Vaxtilə İŞİD üçün döyüşən, sonradan qruplaşmadan uzaqlaşan komandirlərdən biri «Financial Times»a bildirib ki, döyüşçülərə maaşların verilməsində də ciddi saxtakarlıqlara yol verilir: “Bundan xəbər tutan İŞİD liderləri məsələn, İraqdakı döyüşçülərə pul göndərərkən ora maliyyə administratorlarını da göndəriblər. Lakin sonradan məlum olub ki, göndərilən şəxslər də vəsaitin qarət olunmasında iştirak edir”.