XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

09 Sentyabr 2017 - 01:41

Amerikalılar Ukraynada hərbi təlimlərə başladılar –"Rapid Trident-2017"

Ukraynada – Peter Franko adına 7-ci Taktiki Aviasiya Briqadasının hava limanında "Rapid Trident-2017" beynəlxalq hərbi təlimlərinin birinci mərhələsi başlayıb.

Strateq.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu haqda məlumatı Ukrayna Müdafiə Nazirliyi yayıb.

Məlumata görə, "Rapid Trident-2017" adlı Ukrayna-Amerika komanda-qərargah təlimləri çərçivəsində Amerikanın hava bazalarından birinin təmsilçiləri artıq Ukraynaya gəliblər və onlar Ukrayna pilotlarına müxtəlif şəraitlərdə digər qoşun növləriylə qarşılıqlı əlaqənin təşkilini öyrədəcəklər.

Məlumata görə, Dodonun qadağasına baxmayaraq, artıq Moldova hərbçiləri də Lvovdakı hərbi təlimlərə qatılıblar.

Xatırladaq ki, sentyabrın 14-dən 20-dək də "Qərb -2017" adlı Rusiya-Belarus strateji hərbi təlimləri keçiriləcək.