Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini artırmaq niyyəti hələ də qüvvədədir.
"Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, bu açıqlamanı "CNBC" telekanalına Nyu-York FED-inin rəhbəri Uilyam Dadli (William Dudley) verib: "Qasırğa faiz artımının müddətinə təsir edə bilər".
U.Dadli uzunmüddətli perspektivə qasırğanın ABŞ iqtisadiyyatını canlandıracağını bildirib. O, inflyasiyanın FED-in hədəfi olan 2% həddinə çatmaması səbəbindən uçot dərəcəsinin artırılması ilə bağlı səbrli olmaq lazım gəldiyini qeyd edib.
U.Dadli FED-in yaxın zamanlarda balansını azaltmağa başlayacağını, ABŞ iqtisadiyyatının getdikcə güclənəcəyini xatırladıb.