Böyük Britaniya hökuməti ehtimal edir ki, İranın gizli dəstəyi Şimali Koreyanın nüvə proqramının sürətli inkişafına səbəb olub.
APA-nın xəbərinə görə, bunu “Telegraph” nəşri öz mənbələrinə istinad edərək iddia edir.
Məlumata görə, Böyük Britaniya XİN-i hazırda indiki və keçmiş nüvə ölkələrinin nüvə başlıqlarının hazırlanmasında Şimali Koreyaya yardım göstərib-göstərmədiyini araşdırır. Nəşrin hökumətdəki mənbələri Şimali Koreya alimlərinin bu sahədə müstəqil şəkildə irəliləyişə nail ola biləcəklərinə şübhə ilə yanaşırlar .
Şimali Koreyaya nüvə proqramının inkişaf etdirilməsində yardım göstərə biləcək ölkələrin siyahısına İran liderlik edir. Siyahıda Rusiya da yer alıb.