Bu gün Əfqanıstan İslam Respublikasının prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Strateq.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Hava limanında Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qanini baş nazirin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.