XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

10 Sentyabr 2017 - 14:25

Türkiyə XİN Almaniyaya səfər edən vətəndaşlarına xəbərdarlıq etdi:"Ehtiyatlı olun!"

Türkiyənin Xarici İşlər Nazirliyi Almaniyada yaşayan, həmçinin bu ölkəyə səfər edən ölkə vətəndaşlarına müraciət edərək ehtiyatlı olmağı tövsiyə edib.

Azərac xəbər verir ki, bu barədə məlumat nazirliyin rəsmi saytında yerləşdirilib. Məlumatda bildirilir ki, irqçi qüvvələr tərəfindən 2000-2007-ci illərdə Almaniyada 7-si türk olmaqla 10 nəfər qeyri-alman öldürülüb. Bundan başqa, gömrük-keçid məntəqələrində türkiyəli turistlərlə kobud rəftar edilir. Müraciətdə qeyd edilir ki, hazırda Almaniyada sığınacaq tapan çoxlu sayda PKK və FETÖ mənsubu türkiyəli turistlər üçün də təhlükə mənbəyidir.