XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

22 Dekabr 2015 - 06:45

Cavid Qurbanov Tehranda protokol imzaladı – Azərbaycan-İran dəmir yolları birləşir

Iran-Protokol.jpg

Astaracay üzərində dəmir yolu körpusunün tikintisi ilə bağlı Tehranda müzakirələr aparılıb.

Dünən İranın paytaxtı Tehran şəhərində “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi  çərçivəsində Astaracay üzərində Astara (Azərbaycan) – Astara (İran) dəmir yolu körpusu tikinti layihəsi üzrə Azərbaycan və İİR Dəmir Yollarının  İşçi Qurupunun iclası keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-dən “Marja”ya verilən məlumata görə, Cəmiyyətin sədri Cavid Qurbanov iclasda çıxış edərək bildirib ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaqdır”.

İİR-ın Dəmir Yolunun  baş direktoru Mohsen Purseyid Ağayi  çıxış edərək, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan və İran arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcəyini bildirib.

Sonra “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi  çərçivəsində Astaracay üzərində Astara (Azərbaycan) – Astara (İran) dəmir yolu körpusu tikinti layihəsi müzakirə olunub.

Müzakirələr zamanı bildirilib ki, tərəflər 08-09 noyabr 2015-ci il tarixdə Tehran şəhərində mütəxəsislərin keçirmiş olduğu iclas protokolunun maddələrinin qüvvədə qaldığını təsdiq edirlər:

İran tərəfi 14.12.2015-ci il tarixdə körpünün layihəsinin 5 variantını Azərbaycan tərəfinə təqdim edib, Azərbaycan tərəfi 16.12.2015-ci il tarixdə ikinci variantı (3×26,75) seçərək qəbul etdiyini İran tərəfinə məlumat verib.

İçlasın sonunda müvafiq protokol imzalanıb

Protokola əsasən, qərara alınıb ki, İran tərəfi geologiya işlərinin Azərbaycan ərazisində icrasının təşkil olunması məqsədi ilə Azərbaycan sərhəddini keçəcək işçilərinin pasport  məlumatlarını Azərbaycan tərəfinə təqdim etməlidir. Eyni zamanda Azərbaycan tərəfi müvafiq orqanlardan İran mütəxəsislərinin Azərbaycan sərhəddinə girişini təmin edəcək. Bununla bağlı 25-27 dekabr tarixlərində tərəflərin mütəxəsislərinin göruşü təşkil olunacaq.

Müzakirələrdən sonra qərara alınıb ki, Azərbaycandan İrana gedən istiqamətdə 1520 mm standartlı dəmir yolu xətti sağda, 1435 mm standartlı dəmir yolu xətti isə sol tərəfdə yerləşəcək. İrandan Azərbaycan istiqamətində isə 1520 mm standartlı dəmir yolu solda, 1435 mm standartlı dəmir yolu xətti isə sağda yerləşəcək.

Eyni zamanda, 27 dekabr 2015-ci ildə dəmir yolu  və sərhəd xidmətinin səlahiyyətli nümayəndələrinin iştiraki ilə layihə yerində görüşün təşkil olunması və körpünün sıfır nöqtəsinin təyin olunması qərara alınıb.

Strateq.az